Bəzi dairələr üzrə şikayətlərə baxılacaq 

14:34 17.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 16.00-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək.

Bu barədə hafta.az-a MSK-dan məlumat verilib.

Bildiriib ki, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı bəzi seçki dairələrindən deputatlığa namizədlərin şikayətlərinə baxılacaq.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 4 dairə üzrə nəticələr ləğv edilib.